Prezident Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin ləğv edilməsi barədə Fərman imzalayıb. Bu haqda İnsanoid bu gün, 28 noyabr tarixində məlumat verir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” Fərman imzalayıb.
Sənədə əsasən:
"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.1-ci bəndindən “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılıb.
Əsasnamənin 5.8-ci bəndindən “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb.
Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsi isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Dövlət Gömrük Komitəsinə qurumun strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.