Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub. Bu barədə Report 14 aprel tarixində xəbər verib.
Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.
Əmrə əsasən, adıçəkilən vəzifəyə Elmar Tağıyev təyinat alıb.
O, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Katibliyinin rəisi olub.
Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.