Bakıda yüksək vəzifəli şəxs hədələnib. Bu barədə Qafqazinfo.az xəbər yayıb.
Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri, 66 yaşlı Hikmət Xəlilov polisə müraciət edərək aprelin 6-da avtomobilinə hücum edildiyini deyib.
O bildirib ki, tanışı, 54 yaşlı Vahid Xələfov səhər saatlarında Şağan qəsəbəsində idarə etdiyi “Lexus” markalı avtomobilin qarşısını kəsib. Həmin şəxs əlində silaha bənzəyən əşya ilə avtomobili vurub və Hikmət Xəlilovdan hədə-qorxu ilə pul tələb edib.
Məlumata görə, Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət var və məhkəmə çəkişməsi gedir.
Daha əvvəl isə həmin şəxslər arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.