Martın 26-da saat 19:00 radələrində Neftçala şəhəri Bankə qəsəbəsi sakini neftlə özünü yandırmağa cəhd göstərib. Bu barədə martın 28-də APA Daxili İşlər Nazirliyinə istinadən məlumat paylaşıb.
Cəhdin qarşısı alınıb. Sözügedən şəxs isə Neftçala Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.