Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən icazə olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs tutulub. Bu haqda 8 aprel tarixində Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Rayon ərazisindəki stasionar postda saxlanılan şəxs Neftçala rayon sakini Qardaş Qurbanovdur. Araşdırma zamanı ona məxsus telefonda müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək işğaldan azad edilmiş ərazilərə keçmək istədiyi müəyyən edilib.
Q.Qurbanov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib. Qərara əsasən, o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.