Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb. Bu barədə 31 mart tarixində Report məlumat verib.
Minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kəndinin sakinləri, 1996-cı il təvəllüdlü Ələkbərov Tural Abuzər oğlu və 1997-ci il təvəllüdlü Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.