Neftçala rayonunda içkili kişi qar suyu ilə dolmuş gölməçədə boğulub. Bu barədə İnsanoid kişiReport-a istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.
Ötən gün axşam saatlarında rayonun Həsənabad qəsəbə sakini, 48 yaşlı Müseyib Qasımov üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.
İlkin məlumata görə, o, içkili olub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.