AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən "Neftçi"nin şikayətini təmin etməyib. Bu barədə Report 27 fevral tarixində məlumat verib.
İntizam Komitəsinin "ağ-qaralar"ın futbolçusu Oruc Məmmədov (4 oyun) və baş məşqçisi İlyas Qurbanova (5 oyun) verdiyi cəzalar qüvvədə saxlanılıb.
AFFA Region Liqasında mübarizə aparan "Difai" klubuna verilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası isə ləğv edilib.