Nizami Gəncəvi Beynəlxalq mərkəzi martın 31 - də hibrid formatda “Yaddaşın əbədiləşdirilməsi-insanlığa qarşı soyqırımın və cinayətlərin inkarına qarşı proses” adlı konfrans keçirəcək. Bu barədə 29 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən tədbir həmin gün Azərbaycanda 1918-ci il mart soyqırımı qurbanlarının yad edildiyi günə, həmçinin 2003-cü il bu tarixdə soyqırım qurbanlarının ilk dəfn mərasiminin keçirildiyi günə həsr olunub. Konfransda soyqırımda bəşəriyyətə qarşı cinayətlərdə həlak olanların xatirəsi yad ediləcək.
Qeyd olunub ki, Ukrayna müharibəsi konfransın diqqət mərkəzində olacaq.