17 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb ediləcək. Bu haqda bu gün, 23 noyabr tarixində Report xəbər verir.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev açıqlama verib. O bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub.
Ayrılan vəsait 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq.
Qeyd edək ki, özünüməşğulluq proqramı zamanı vətəndaşlara təlimlər keçirilir, aktivlər ayrılır və kiçik təsərrüfatlar yaradılır.