Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb. Bu barədə 27 mart tarixində Report Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevə istinadən məlumat verib.
O qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.
"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü aşmadır", - DYP rəsmisi vurğulayıb.