Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Paytaxtda gecə 9-11°, gündüz 13-15° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaq.