Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Zəfər Günü ərəfəsində 4 filiala şəhid əməkdaşlarının adını verib. Bu barədə 8 noyabr tarixində APA məlumat verib.
Filiallar şəhidlərin böyüdüyü bölgələrdə yerləşir. Bundan sonra “OBA”nın Yardımlı, Beyləqan, Şirvan və Qəbələdəki 4 filialı şəhid əməkdaşlar – Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun adları ilə tanınacaq.
“Şəhidlərimiz Tural Aslanov, Qara Nəsirov, Süleyman Bağırov və Ümman Əmiraslanovun ailələri daim şirkətimizin diqqətindədir, biz hər zaman onların yanındayıq və bundan qürur hissi duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!”, - “OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli bildirib.