Gədəbəydə oğul anasına görə atasını öldürüb. Bu barədə noyabrın 24-də İnsanoid APA-ya istinadən xəbər verir.
Belə ki, hadisə dünən rayonun Düzyurd kəndində baş verib. Kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Daha sonra isə Vaqif Cəfərov özü də xəstəxanalıq olub. Lakin o, xəstəxanada vəfat edib.
Məlum olub ki, Vaqif Cəfərov oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Asəf Cəfərov ailəlidir. Onun üç azyaşlı övladı var.
Faktla bağlı araşdırmalar davam etdirilir.