Oğuz rayonunun Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov Rusiyanın Tver vilayətindəki restoranlardan birində qidadan zəhərlənərək ölüb. Bu barədə 31 mart tarixində Report məlumat verib.
Məlumata görə, Peyman Xəlilov və 3 dostu onun doğum gününü qeyd edərkən zəhərləniblər.
Xəstəxanaya çatdırılan P.Xəlilov və dostu göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, həyatlarını itiriblər. Digər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
P.Xəlilovun meyiti Azərbaycana gətirilərək Padar kənd qəbiristanlığında torpağa tapşırılacaq.