Oğuz rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 13 yanvar tarixində məlumat verib.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində "Wolksvagen" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə nəqliyyat vasitələrində olan 5 nəfər xəsarət alıb.
Qəza zamanı "Opel"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə dəstəsi cəlb olunub.
Avtomobillərdə olan Qönçə Aydınlı, Rahib Aydınov, Nüşabə Cəfərli və Yağmur Cəfərli müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində xəsarət alan "Opel"in sürücüsü Muxtar Muradovun vəziyyəti daha ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.