2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barel olub. Bu barədə 17 noyabr tarixində Energetika Nazirliyi məlumat verib.
Bildirilib ki, hasil olunan neftin 547,2 min barelini xam neft, 116,6 min barelini isə kondensat təşkil edib.
Qeyd olunub ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulurdu.