Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni - 562-1-ci maddədə əksini tapıb.
Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.