Naxçıvanda akademik Yusif Məmmədəliyevin abidəsinin postamentinin qara mərmərdən olan üzlüyü sökülüb. Bu barədə 25 yanvar tarixində Report məlumat verib.
Abidə Muxtar Respublikanın Ordubad şəhərində qoyulub. Qiymətli daşlar vəzifəli şəxsin göstərişi ilə heç bir səbəb olmadan sökülərək aparılıb. Postamentə beton üzlük çəkilib.
Qeyd edək ki, 1975-ci ildə Yusif Məmmədəliyevin Ordubad şəhərində ev-muzeyi yaradılıb.