Gədəbəy rayonunun Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib. Bu barədə 10 fevral tarixində “Unikal" məlumat verib.
Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək. Mərhumun 3 azyaşlı övladı qalıb.
Məlumata əsasən, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib.