Gələn il büdcədən hərbçilərimizin sosial məişət və xidmət şəraitlərinin, eyni zamanda müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin yaxşılaşdırılmasına 5,3 milyard manat ayrılacaq.
APA-nın məlumatına görə, bunu Milli Məclisin dekabrın 9-da keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
“Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərimizin sosial məişət və xidmət şəraitlərinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcə xərclərinin 16%-i həcmində vəsait nəzərdə tutulmuşdur. Rəqəm olaraq 5,3 milyard manatdır”, - deyə Baş nazir bildirib.