top
Ötən il Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib
01 aprel 2023, 05:27
- ↺ +

Ötən il Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci ildə Göygöl Milli Parkını 200 mindən çox turist ziyarət edib. Bunu Göygöl Milli Parkının elm, ekoloji maarifləndirmə və ekoturizm işləri üzrə direktor müavini Fuad Quliyev bildirib.

Bu barədə 1 aprel tarixində Report məlumat verib.

Onun sözlərinə görə, 2008-ci ildən başlayaraq Göygöl Milli Parkında infrastruktur qurulub, müxtəlif ərazilərdə turistlərin cəlb edilməsi və onlara yüksək səviyyədə xidmət göstərilməsi üçün turizm obyektləri tikilib: “2015-ci ildən etibarən isə milli parka turistlərin buraxılışına nail olduq. Bu günə qədər Göygöl Milli Parkına hər il yerli turistlərlə yanaşı, dünyanın bir çox ölkələrindən insanlar gəlməkdədir”.

“Göygöl Milli Parkında turistlərin unikal yerləri görməsi üçün ekoturizm marşrutları da təyin edilib. Bura dünyanın ən gözəl təbiət ərazilərindən biri hesab edilir. Milli park hazırda dəniz səviyyəsindən 1 100 metrdən 3 724 metrə qədər yüksəkliklərdə yerləşir. Burada 420-dən çox bitki növü var. Onlardan 70-i ağac və kol bitkiləridir. Qonur ayılar, Qafqaz maralı, cüyür, bezoar keçiləri kimi bir sıra heyvanlar da burada yaşayır və onların qorunması yüksək səviyyədə təmin edilir. Ərazidə turistlərin daha rahat keçidini təmin etmək üçün sürətli keçid məntəqəsi yaradılıb”, - F.Quliyev qeyd edib.

Direktor müavini deyib ki, vəhşi heyvanların təhlükəsizliyini təmin etmək, eyni zamanda onların hansı arealda neçə baş olduğunu müəyyən etmək üçün Göygöl Milli Parkının ərazisində videotələlər quraşdırılıb: “Həmçinin elmi işlərin aparılması üçün burada lazımi şərait yaradılıb. Bu baxımdan AMEA ilə də yaxından əməkdaşlıq edirik”.

Qeyd edək ki, bu gün Göygöl Milli Parkının yaradılmasından 15 il ötür. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılan ilk qoruq olub.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Oxşar xəbərlər