Ötən ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2021-ci illə müqayisədə 1,5 dəfə (50%) artaraq 1 489,5 min nəfər olub. Bu barədə 18 yanvar tarixində Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, vətəndaşların 44%-i Türkiyəyə, 18%-i Rusiyaya, 13,6%-i İrana, 8,6%-i Gürcüstana, 15,8%-i digər ölkələrə səfər ediblər. Səyyahların 64,2%-ni kişilər, 35,8%-ni qadınlar təşkil ediblər.
İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 12,9 % artıb.