Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb. Bu barədə noyabrın 10-da qurumdan məlumat verilib.
Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.