Azərbaycan paraatletləri Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Qran-pridə iştirak etmək üçün Dubaya yollanıblar. Bu barədə Report 22 fevral tarixində xəbər verib.
Yarışda Elvin Astanov, Elçin Muradov və Lamiyə Həsənova mübarizə aparacaqlar.
Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran Qran-pridən öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq, idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş paraatletlər yarışda iştirak hüququ əldə edəcəklər.
Qran-pri fevralın 22-də başlayacaq və martın 2-dək davam edəcək.