Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası nümayiş olunub. Bu barədə 17 noyabr tarixində AZƏRTAC məlumat verib.
Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağın Azərbaycan xalqı üçün dəyərli olduğunu vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyasında təqdim olunan geyimlərin və onları tamamlayan aksesuarların Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı kimi rayonların milli geyim tərzini və türk etnik-mədəni mühitini əks etdirdiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra iştirakçılar “Qarabağ incilərinin Avropa sədası” geyim kolleksiyasının hazırlanmasına dair videoçarx izləyiblər.
Daha sonra kolleksiyanın geyim və aksesuarları nümayiş olunub.
[gallery size="full" link="file" ids="94711,94712,94714"]