“PAŞA Holdinq” Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı həlak olan şəxsin ailəsinə və yaralanan şəxslərə dəstək göstərib. Bu barədə İnsanoid Marja-ya istinadən bu gün, 24 fevral tarixində xəbər verir.
Hücum zamanı həlak olan Orxan Əsgərovun ailəsinə, eləcə də yaralanan Mahir İmanova 50 min AZN, terrorçunun qarşısını alaraq yaralanan Vasif Tağıyevə isə mebellə təchiz edilmiş yeni tikilidə mənzil təqdim edib.
“Hadisə zamanı həlak olan Orxan bəyə Allahdan rəhmət, ailəsinə səbir, yaralanmış həmvətənlərimizə şəfa diləyirəm”, – deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov əlavə edib.
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum zamanı səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub, 2 əməkdaşı isə yaralanıb.