Payız əkin mövsümü başlayandan bu günədək ölkədəki meşə fondu torpaqlarında ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Payız əkin planına uyğun olaraq, bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 000 ağac əkilib, 1 000 kiloqram toxum səpilib.