Nərimanov rayonu, M.Araz küçəsində yerləşən mənzillərin birindən naməlum şəraitdə 15 000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanıb. Bu barədə 4 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oğurluğun ev sahibinin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.
Şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunmuş, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb.
“Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır”, - məlumatda bildirilib.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Araşdırmalar davam etdirilir.