Bakının Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacları kəsən tikinti şirkəti cərimələnib. Bu barədə aprelin 7-də Report məlumat paylaşıb.
“Liman FFD” MMC tikinti işləri apardığı ərazidə ağacları kəsərək təbiətə 3 600 manat məbləğində zərər vurub.
Məlumata görə, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.