Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. Bu barədə 16 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hadisə rayonun A. Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində qeydə alınıb. 28 yaşlı İsmət Qədirov münaqişə zəminində 28 yaşlı Ilkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.