Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 21 aprel tarixində APA məlumat verib.
Qəza Məhəmməd Naxçıvani və Cəfər Cabbarlı küçələrinin kəsişməsində qeydə alınıb. “Hyundai” və “Mercedes” markalı iki minik maşını toqquşub.
Qəzaya uğrayan avtomobillərə ciddi zərər dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib. Ərazidə hərəkətin intensivliyinin təmin edilməsi üçün bir-birinə çarpılan maşınlar yolun kənarına çəkilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
[gallery link="file" size="full" ids="113337,113338,113339"]