Bakıda mənzildən meyit tapılıb. Bu barədə 21 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN əməkdaşları mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.