Mərdəkan-Zuğulba yolunda hərəkət məhdudlaşdırılacaq. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 10 aprel tarixində xəbər verir.
Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.