Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 20 yanvar tarixində Oxu.az məlumat verib.
Hadisə Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.
Belə ki, “Toyota Prius” markalı 99-UV-323 dövlət nömrə nişanlı maşınla “Toyota Corolla” markalı 77-EU-316 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə zamanı 74 yaşlı Ruhəngiz Hüseynova başından və sol ayağından zədələnib. Zərərçəkən deyir ki, yolu keçərkən avtomobillər toqquşub və maşınlardan biri ona çarpılıb.