top
Polisə 100 dəfə müraciət edən qadın həbs edilib
01 fevral 2023, 07:00
- ↺ +

Polisə 100 dəfə müraciət edən qadın həbs edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 100 dəfəyə yaxın polis idarəsinə gedərək iş rejimini pozan qadın həbs edilib. Bu barədə Qafqazinfo 1 fevral tarixində məlumat verib.

42 yaşlı İsmayıllı sakini Kəmalə Raufzadə (şərti ad-soyad) dekabrın 21-dən etibarən 100 dəfəyə yaxın Bakı Metropolitenində Polis İdarəsinə gedib.

İttihama əsasən, o, polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə onların iş rejimini pozub. Ondan bu hərəkətlərinə son qoymasını tələb edən polisin tələblərinə tabe olmayıb.

Daha sonra onun barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Metropolitenin Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi məhkəmədə bildirib ki, K.Raufzadə qeyd edilən tarixlərdə polis idarəsinin inzibati binasında, onun giriş hissəsində ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edib:

“Həmin xanım yaxın bir neçə ay ərzində 100 dəfəyə yaxın idarəyə gəlib. Əksər hallarda səbəbsiz yerə növbətçi hissədə olan polis əməkdaşlarına, dəhlizdə rastlaşdığı polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib”.

K.Raufzadə isə məhkəmədə deyib ki, o, polis idarəsinə şikayət etmək üçün tez-tez gedib:

“Bir müddət əvvəl baş vermiş cinayətlə bağlı idarəyə müraciətim olmuşdu. Lakin məni qəbul etmirdilər, hər dəfə növbəti gün gəlməyimi deyirdilər. Daha sonra polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qaldım. Bu barədə Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Polis idarəsinə təxminən 60-70 dəfə getmişəm. Məqsədim oradakı rəhbər şəxslərlə görüşüb bəzi şəxslərin “axırına çıxmaq” idi. İş üzrə sənədlər qəsdən mənim əleyhimə tərtib edilib. Özümü təqsirli bilmirəm”.

Yasamal Rayon Məhkəməsi iddia olunan tarixlər üzrə polis idarəsinin kamera görüntülərini araşdırıb.

Həmin qadının polislərlə mübahisə edərək idarənin iş rejimini pozduğu sübuta yetirildikdən sonra o, təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Oxşar xəbərlər