Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb. Bu barədə İnsanoid bu gün, 18 aprel tarixində xəbər verir.
Bu barədə S.Qafarova Twitter-də paylaşım edib.
Paylaşımda deyilir:
"Cənab Andjey Duda ilə görüşməkdən böyük məmnunluq duyduq. Görüşdə bir daha ölkələrimizin hər zaman dost ölkələr olduğu, bu münasibətlərimizin ildən-ilə daha da inkişaf etdiyi qeyd olundu", - o, əlavə edib.