Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə 11 aprel tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulandı.
Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilib.