Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 18 aprel tarixində xəbər verir.
Dövlət başçısı və birinci xanım Salyan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.