Prokuror Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədova 20 il həbs cəzası istəyib. Bu barədə 29 mart tarixində Report məlumat verib.
Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində polis serjantının xidmətdə olarkən şəxsi münasibətlər zəminində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılmışdır.