Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, 10 il müddətinə həbs edilib. Bu barədə aprelin 4-də Report xəbər yayıb.
2021-ci il oktyabrın 9-da rayonun 19 yaşlı Uludaş kənd sakini Tikanlı kəndinin 35 yaşlı sakinini şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə nəticəsində öldürüb.
Əməli törədən şəxs saxlanılaraq “qəsdən adam öldürmə” maddəsilə ittiham olunub.