Qəbələdə ana və övladı dərmandan zəhərləniblər. Bu barədə 24 fevral tarixində APA məlumat verib.
Qəbələ rayon Zarağan qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Rzayeva Səfagül Ağaxan qızı və 2016-cı il təvəllüdlü qızı Rzazadə Nuray Sakit qızı dərmandan zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
İlkin məlumata görə, onlar həşərata qarşı dərmandan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.