Qəbələdə baş vermiş qəza nəticəsində azyaşlı ağır xəsarətlər alıb. Bu haqda bu gün, 23 noyabr tarixində İnsanoid.com Report-a istinadən xəbər verir.
9 yaşlı Əhmədov Xəyal Elsevər oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.