Qəbələdə iritonnajlı benzin maşını körpüdən aşıb. Bu barədə 15 aprel tarixində APA məlumat verib.
Hadisə nəticəsində Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini, 1960-cı il təvəllüdlü sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə səbəbinin sürücünün qəfil ürək tutmasından dünyasını dəyişməsi olduğu ehtimal olunur. Hadisə nəticəsində iki minik avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" ids="112680,112679,112681"]