Qəbələdə məktəbin damı güclü külək səbəbindən uçub. Bu barədə Oxu.az 14 aprel tarixində məlumat verib.
Qəbələdə ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib. Nəticədə şəhər məktəblərindən birinin dam örtüyünün bir hissəsini uçurub.
Şiddətli külək nəticəsində Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Damın bir hissəsini külək dağıdıb.
Hadisə axşama doğru olduğundan xəsarət alan olmayıb.