Qəbələ rayonunda məktəbdə yanğın olub. Bu barədə 22 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 kvadratmetr sahədə və yaxınlıqda yığılan odun yanıb.
"İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın söndürülüb", - deyə nazirlikdən qeyd olunub.