Qəbələ rayonunun Vəndam qəsəbəsində kişi meyiti aşkarlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 18 fevral tarixində xəbər verir.
Ötən gecə meyiti aşkarlanmış 39 yaşlı Ziya İbrahimov həmin ünvanda kirayədə yaşayırmış.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmanın nəticələrinə əsasən, Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.