Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Dekabrın 19-da saat 09:00 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində A.Hüseynlinin idarə etdiyi “VAZ-21723” və E.Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Nəticədə A.Hüseynli hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.