Qəbələ rayonunda yağan qar yolların buz bağlamasına səbəb olub. Bu haqda 10 fevral tarixində Apa məlumat verib.
Axşam saatlarından etibarən yağan qar mərkəzi küçələrdə, eləcə də kəndlərə gedən yollarda maşınların hərəkətində çətinlik yaranıb.
Həmçinin Qəbələ-İsmayıllı avtomobil yolunun rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində yolların buzlu olması səbəbindən avtomobillərin hərəkətində ləngimələr yaranıb.