Qadın şahmatçılar arasında Azərbaycan çempionatında bu gün 5-ci turun oyunları keçiriləcək. Bu barədə Report 8 fevral tarixində məlumat verib.
Növbəti yarış günündə daha beş qarşılaşma baş tutacaq.
Xanım Balacayeva Nurtən Nuriyeva ilə, Zeynəb Məmmədyarova Ləman Hacıyeva ilə, Səbinə İbrahimova Türkan Məmmədyarova ilə, Nərmin Abdinova Xəyalə Abdulla ilə, Gövhər Beydullayeva isə Gülnar Məmmədova ilə üz-üzə gələcək.
3,5 xalla lider olan Ayan Allahverdiyeva bu tur istirahət edəcək. X.Balacayeva və T. Məmmədyarova 2,5 xalla 2-3-cü yerləri bölüşdürürlər.
G.Beydullayeva, Z. Məmmədyarova və G.Məmmədovanın 2, S.İbrahimova və Xəyalə Abdullanın 1,5, N.Abdinova ilə L.Hacıyevanın 1, sonuncu - 11-ci sıradakı N.Nuriyevanın isə 0,5 xalı var.
Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manatdır.